Sərnişinlər mayın 31-dən  backend

Sərnişinlər mayın 31-dən "8 Noyabr" stansiyasından istifadə edə biləcəklər



"Bakı Metropoliteni” QSC-nin "8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı ilk dəfə yenilik tətbiq edilib.

CanTV xəbər verir ki, bunu qurumun sədr müaviniHidayət Məmmədovməlumat verib.

"Bu stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib, ərazi fasiləsiz elektrik enerji təminatı məqsədilə dörd ədəd güc generatorla təmin edilib. Stansiyanın ümumi uzunluğu keçid kamerası ilə birlikdə uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqonluqdur. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz bu sistemlə həyata keçiriləcək. Ümid edirik ki, mayın 31-dən istifadəsinə başlanılacaq "8 Noyabr” stansiyanın sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq”, - o deyib.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)