Koronavirus xəstələri  backend

Koronavirus xəstələri itlər vasitəsilə aşkarlanır



Pakistanın şimal-qərbindəki Peşəvər şəhərinin beynəlxalq hava limanında sərnişinlərdə COVID-19 virusunu aşkarlamaq üçün xüsusi təlim keçmiş itlərdən istifadə olunur.

CanTV "GeoTV”yə istinadən xəbər verir ki, hava limanına gələn sərnişinlər sürətli test verdikdən sonra həmin nümunə itə təqdim olunur. Nümunəni iylədikdən sonra it əyləşirsə, testin müsbət çıxması deməkdir.

İndiyədək yeni üsulla koronavirusun 4 nəfərdə aşkarlandığı bildirilir.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)