Azərbaycanda dəhşət: Canavarların hücumuna məruz qalanların adları bəlli oldu  backend

Azərbaycanda dəhşət: Canavarların hücumuna məruz qalanların adları bəlli oldu - YENİLƏNİB + VİDEO


Naxçıvanda canavar sürüsünün hücuma məruz qalanın şəxsiyyəti məlum olub.

Trendin məlumatına görə, canavarların hücumu nəticəsində iki böyük, iki yeniyetmə olmaqla, ümumən dörd nəfər xəsarət alıb.

Naxçıvan təcili tibbi yardım xidmətindən bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.

Hazırda həmin şəxslərdən bir nəfəri - M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.

Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.

12:28

Ordubadın kəndlərindən birindəcanavar sürüsü şagirdlərə hücum edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə nəticəsində şagirdlər ağır yaralanıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həmin görüntüləri təqdim edirik:


 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)