Polis olduğunu deyərək  backend

Polis olduğunu deyərək qadınları şantaj edən şəxs saxlanıldı


Bakıda özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs müəyyən edilərək tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "Teleqram” kanalı məlumat yayıb

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin həyata kerdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan 1986-cı il təvvəllüdlü Elnur Sultanov saxlanılıb.

Həmin şəxsin əməllərindən zərər çəkənlərin polisə müraciət etmələri tövsiyə olunur.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)