Rusiyada uğursuz hərbi sınaq:  backend

Rusiyada uğursuz hərbi sınaq: Raket buraxıldığı gəminin yanına düşdü - VİDEO


Rusiya Hərbi Dəniz Donanmasının modernizə edilmiş "Marşal Şapoşnikov” freqatında "Kalibr-NK” qanadlı raketinin sınağı uğursuzluqla nəticələnib

Görüntülər Türkiyənin TRT kanalının "Facebook” səhifəsində yayımlanıb.

Videodan aydın görünür ki, raket gəminin buraxılış qurğusundan çıxır, bir neçə metr yüksəkliyə qalxır, amma təyin edilmiş hədəfə doğru uçmaq əvəzinə havada xaotik dövrə vurur və qayıdıb dənizə, gəminin yaxınlığına düşür.


 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)