DİN-dən avtobus sürücüsünü vuran  backend

DİN-dən avtobus sürücüsünü vuran 17 yaşlı şəxslə bağlı AÇIQLAMA - VİDEO


Aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məsələ ilə əlaqədar bildirib ki, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək, idarəyə dəvət olunub. O, törətdiyi əməli etiraf edibvə peşman olduğunu bildirib.

Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb.


 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)