Azərbaycanda "AstraZeneca"nın  backend

Azərbaycanda "AstraZeneca"nın peyvəndinin tətbiqinə başlanılır


Azərbaycan Respublikasında "COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Bu barədəSəhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oksford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət "AstraZeneca") də istifadə edə biləcəklər. "Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və altıregionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

"COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, "AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan "Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.


 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)