"Saro" çaylarından yenilik - backend

"Saro" çaylarından yenilik - QARABAĞIN SİMVOLLARI

Çoxlarının sevimlisi olan Saro çayları bu günlərdə daha bir yeniliyə imza atdı. Azərbaycanda mövcud olan çay markaları arasında Qarabağ mövzusuna ilk müraciət edən Saro çayları oldu. Saro markasının təqdim etdiyi Qarabağ kolleksiyasına dörd simvol daxildir. Bunlar:
1) iri yarpaqlı, qatqısız və təbii Seylon çayı olan "Tağlıdaş" körpüsü,
2) tərkibi xırda yarpaqlı və berqamot ətirli "Qarabağ" atı,
3) tərkibi xırda yarpaqlı olan "Xüdafərin" körpüsü,
4) və nəhayət Qarabağımızın əsas simvolu hesab edilən tərkibi burulmuş, iri yarpaqlı Xarıbülbülün əksi olan çay qutularıdır.

Saronun Qarabağ kolleksiyası ilə bağlı olan məlumatı bizə Saronun Azərbaycanda brend meneceri tanınmış teleaparıcı və bloger Elcan Məmmədli verib.
O qeyd edib ki: "Saro markası Qarbağ mövsuna ilk müraciət etməklə eyni zamanda Qarabağımızın simvollarını dünyaya çatdırmaq istəyib. Bu addımla biz Qarabağımızın onun tarixi, memarlıq abidələrini, flora və faunasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmək istəmişik. Saro çaylarının üzərindəki Qarabağ simvolikaları həm də bir növ maarifləndirici missiyanı öz üzərində daşımaqdadır. Ümid edirik ki, hər zaman özünə məxsus keyfiyyəti, dadı, tamı ilə seçilən Saro çaylarının Qarabağ simvolikaları olan çeşidləri də istehlakçılar tərəfindən çox seviləcəkdir".
Qarabağ, Azərbaycandır!

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)