Uşaq evində böyüyən Vətən müharibəsişəhidi dəfn edilib backend

Uşaq evində böyüyən Vətən müharibəsişəhidi dəfn edilib Uşaq evində böyüyən


Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan Əmrah Rajapov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Gəncə şəhərində uşaq evində böyüyən şəhid hərbçi şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Əmrah Rajapov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və aylardır onun taleyindən heç bir xəbər yox idi. Ötən gün aparılan araşdırmalar nəticəsində onun şəhid olduğu müəyyənləşib.

Ə.Rajapov atasını kiçik yaşlarında itirib və anası onu uşaq evinə qoyub.

Allah rəhmət eləsin!

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)