IOC-un vitse-prezidenti:  backend

IOC-un vitse-prezidenti: "Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm"


Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyasına baxmayaraq, baş tutacaq.

Cantv-nin məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts "Nikkei" nəşrinə müsahibəsində deyib.

Funksioner yarışın keçiriləcəyinə 100 faiz əmin olduğunu bildirib: "Oyunlar növbəti dəfə təxirə salınmayacaq. Pandemiyanın başladığı gündən IOC, Təşkilat Komitəsi, Yaponiya hökuməti və və Tokio adminstrasiyası olimpiadanın təşkilində qərarlıdır. Mövqeyimizi qoruyuruq. Bunun üçün heç bir maneə görmürük".

Kouts "Tokio-2020"nin azarkeşsiz keçirilmə ehtimalına da toxunub: "Bu plan nəzərdən keçirilir. Amma hələlik yekun qərar yoxdur. Qərar mart və ya apreldə qəbul oluna bilər".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)