Azərbaycanda COVID-19-dan  backend

Azərbaycanda COVID-19-dan ölən jurnalistlərin sayı açıqlandı

Azərbaycandamonitorinqin nəticələrinə görə117jurnalistkoronavirusa (COVID-19)yoluxub.

Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında qeyd edilib.

Yoluxanlardan səkkiz nəfər jurnalisthəyatını itirib.

Bildirilib ki, Azərbaycanda pandemiyanın KİV-in fəaliyyətinə təsirini azaltmaq üçün dövlət bir sıraaddımlar atıb:

"Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu daKİV-lərdəiş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi FonduKİV-lərə maliyyə yardımının göstərilməsini davam etdirib.

Ənənəvi yardım proqramının fondtərəfindən il boyu tətbiq edilməsi media çalışanları, xüsusilə qəzet redaksiyaları üçün əlavəxilas rolu oynayıb”.

Monitorinqlər göstərir ki, Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumuyoxdur. Bununla yanaşıiş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılanixtisarlar, iş yeri itkisi ölkədə KİV çalışanlarının dörd faizini əhatə edib.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)