Azərbaycanda backend

Azərbaycanda 334 yeni yoluxma faktı qeydə alınıb



Azərbaycanda bu gün koronavirus infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Cantv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 28 nəfər "COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə220 599nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan196 734nəfər müalicə olunaraq sağalıb,2761nəfər vəfat edib, aktiv xəstə sayı21 104olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar3 768, bu günə qədər isə ümumilikdə2214 194test icra olunub.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)