Qışda bu meyvələri yeməlisiniz/ backend

Qışda bu meyvələri yeməlisiniz/ imkan olsa



Qış fəslində müəyyən xəstəliklərdən qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil, meyvə qəbulu da əhəmiyyətlidir.

"Report” xəbər verir ki,heyvasağlam immunitet sistemi üçün vacib olan C vitamini və lif ehtiva edir. Həm də heyva antibakterial xüsusiyyətlərə malikdir.

XurmaC vitamini sayəsində iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Xurmanın tərkibində həmçinin xolesterol səviyyəsini azaltmağa kömək edən antioksidanlar var.

Narplanetimizin ən gözəl meyvələrindən biri hesab olunur. Meyvə ürək, xərçəng və artrit daxil olmaqla geniş bir sıra xəstəlik riskini azaltmağa kömək edən qida və güclü bitki birləşmələri ilə zəngindir.

Mərcanıəsasən karbohidrat və lifdən ibarətdir. Tərkibində mis, C, E və K1 vitaminləri mövcuddur. Eyni zamanda, bu meyvənin suyu qan təzyiqinin qorunmasına və qanda xolesterol səviyyəsinin aşağı düşməsinə kömək edir.

Sitrus meyvələri də xolesterolu və qan təzyiqini azaltmağa kömək edir. Bir portağalda yetkin insan üçün lazım olan gündəlik C vitamini var.Kividə C, K, E vitaminləri, folat və kalium mövcuddur. Kivi həm də antioksidan və lif baxımından zəngindir.

Almadaha çox karbohidrat və sudan ibarətdir. Bu meyvə eyni zamanda qan şəkərini azaltmağa kömək edən və bağırsaq sağlamlığını inkişaf etdirən yaxşı bir lif mənbəyidir.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)