Teymur Rəcəbov erməni rəqibini məğlub edərək backend

Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu


Bu gün "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub.

"Report” xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.

Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster bu dəfə də ona şans verməyib. İlk iki partiyada heç-heçə edən Rəcəbov 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.

Qeyd edək ki, Teymur Rəcəbov Airthings Masters" turnirinin dörddəbir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

12:06

Bu gün "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunacaq.

Cantv - nin məlumatına görə, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparacaq.

Azərbaycan şahmatçısı artıq birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.

Qeyd edək ki, "Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.

Turnir bu gün başa çatacaq. Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 000 ABŞ dolları qazanacaq.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)