"Amfibiya adam" vəfat edib backend

"Amfibiya adam" vəfat edib



Rusiya və keçmiş SSRİ-nin məşhur aktyoru Vladimir Korenev vəfat edib.

CanTV RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Stanislavski adına Elektroteatrın (keçmiş adı Stanislavski adına Moskva Dram Teatrı) direktoru İrina Zolina bildirib.

Korenev bu filmə tələbə olarkən çəkilib.

Korenev keçmiş sovet vətəndaşlarının yadında "Amfibiya adam” filmindən qalıb. O, 1940-cı ildə Sevastopol şəhərində anadan olub.

Film Aleksandr Belyayevin eyni adlı fantastik əsəri əsasında çəkilib. Filmin bir çox epizodları Bakıda çəkilib. Bu səbəbdən "Amfibiya adam" Azərbaycan tamaşaçılar üçün ikiqat maraqlı olub. Çünki kütləvi səhnələrdə Bakı sakinləri də çəkilib.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)