Ermənilər ordumuzdan kömək istədi  backend

Ermənilər ordumuzdan kömək istədi - VİDEO


Dünən Azərbaycan ordusunun üçrəngli şanlı bayrağımızı qaldırdığı Ağdamın Gülablı kəndindəməskunlaşmış ermənilər qalan əşyalarını çıxarmaq üçünhərbçilərimizdən kömək istəyiblər.

Bununla bağlı görüntüləri Baku TV əldə edib.

Görüntülərdən aydın olur ki, hərbçilərimiz onlara müvafiq qaydadayardım edirlər.

Videogörüntülər Azərbaycan hərbçilərinin döyüş meydanında göstərdiyiyüksək peşəkarlıq, yenilməzliklə yanaşı,insan faktoruna verdiyi yüksək dəyəri, mülki əhaliyə qarşı mərhəmətini ortaya qoyur.

Bu, həm də onu sübut edir ki, ordumuz düşmənə qarşı mübarizədə hərbi hədəflərdən başqa, heç bir mülki infrastrukturu nişan almayıb. Azərbaycan öz torpaqları uğrunda haqq mübarizəsi apararaq, inamlı qələbə qazanıb.


 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)