Bakı Metropolitenində koronavirusla bağlı profilaktik tədbirlər backend

Bakı Metropolitenində koronavirusla bağlı profilaktik tədbirlər - VACİB XƏBƏR

Metropolitendə koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir.

Bakı Metropoliteni QSC-dən bildirilib ki, bu gecə "Nərimanov" elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılır. Proses davamlı olaraq aparılacaq.

Profilaktik dezinfeksiya işi sabah saat 15:00-da deponun yeməkxanasında da yerinə yetiriləcək.

Stansiyalarda bazar ertəsi bu proses davam edəcək. Bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir.