Respublika İncəsənət Gimnaziyası backend

Respublika İncəsənət Gimnaziyası koronavirusa görə bağlanıb



Respublika İncəsənət Gimnaziyası koronavirusa görə bağlanıb

Respublika İncəsənət Gimnaziyasında əyani tədris dayandırılıb.

Buna səbəb təhsil müəssisəsində müəllim və şagirdlər arasında koronavirus infeksiyasının yayılmasıdır.

Belə ki, bir neçə gün əvvəl sinif müəllimlərindən birinin ailəsində, sonra özündə koronavirus aşkarlanıb. Daha sonra gimnaziyanın bir neçə müəllim və şagirdi də virusa yoluxub. Ona görə də Respublika İncəsənət Gimnaziyasında dərslər dayandırılıb. Valideynlərə bildirilib ki, əyani dərslər martın 9-dək təxirə salınır.

Dərslər distant formada davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl 82 saylı tam orta məktəbdə də anoloji vəziyyət baş vermişdi.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)