Türkiyədə Çin vaksininin tətbiqinə backend

Türkiyədə Çin vaksininin tətbiqinə icazə verildi



Türkiyədə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verilib.

CanTV NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziriFahrettin Kocabu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Çindən gətirilən peyvənd 14 gün laborator şəraitdə incələnib və kifayət qədər etibarlıdır.

F.Koca bildirib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)