Yerin ən yaşlı adamının  backend

Yerin ən yaşlı adamının 118 yaşı tamam oldu



Kane Tanaka

Dünyanın Yaponiyada yaşayan ən yaşlı sakini Kane Tanakanın yanvarın 2-də 118 yaşı tamam olub.

CanTV xəbər verir ki, məlumatı yerli NHK telekanalı yayıb.

Bildirilib ki, Kane xanım Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. 2018-ci ildə ona Yerin ən yaşlı sakini fəxri adı verilib.

Məlumata görə, onun 2021-ci ilin mayında Tokioda keçiriləcək Olimpiya oyunlarının məşəlinin estafetinə qatılması planlaşdırılıb. Mayın 11-də isə arabada 200 metrlik məsafəyə qaçışda iştirak edəcək.

Tanakanın 2020-ci ildə pandemiyaya görə təxirə salınan estafetdə də iştirakı planlaşdırılmışdı.

Qeyd edək ki, koronavirusa görə 2020-ci ildə təxirə salınan Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23- avqustun 8-də Tokioda keçiriləcək.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)