Fransada bir gecədə  backend

Fransada bir gecədə 861 avtomobil yandırılıb



Fransada yanvarın 1-də gecə naməlum şəxslər 861 avtomobil yandırıblar.

Cantv xəbər verir ki, məlumatı "Europe 1” radiostansiyası yayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanen yerli hakimiyyət başçılarına yeni il gecəsi yandırılan maşınların sayının açıqlanmaması ilə bağlı məktub göndərib. Nazir bununla avtomobilləri yandıranların öz aralarında "maşın yandırmaq yarışının” qarşısını almağa çalılışıb.

Bir il əvvəl yeni ilin ilk günü 1 457 yandırılan avtomobil qeydə alınıb.

 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)