Həftəsonu avtobuslar işləməyəcək:  backend

Həftəsonu avtobuslar işləməyəcək: Taksilərin fəaliyyəti məsələsinə aydınlıq gətirildi - RƏSMİ


Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən(BNA) məlumat verilib

Qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.



 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)