Ağdam Cümə məscidində  backend

Ağdam Cümə məscidində 27 ildən sonra ilk dəfə azan səsləndirilib


Ermənistanın işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.

"CanTV”xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.

Dindarlar məsciddə azan verib, namaz qılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.


 

CanTV - Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 710 71 77 (Whatsapp)