Bakıda istiliyin verilməsi problemi ilə bağlı  backend

Bakıda istiliyin verilməsi problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

"Bakı şəhəri üzrə istiliyin verilməsi ilə bağlı məsələ öz həllini tapıb”.

Bunu açıqlamasında"Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, artıq qaz təchizatı ilə bağlı bütün məsələlər öz həllini tapıb:

"Bildiyiniz kimi, noyabrın 15-də ölkə üzrə istilik mövsümü başlayıb. 160 qazanxana işləyirdi, digər qazanxanalarla bağlı bəzi məsələlər vardı. Bugün günortadan sonra işləməyən qazanxanaların işə salınmasına başlanılıb”.

Qeyd edək ki, Bakı üzrə bəzi ərazilərdə əhaliyə istiliyin verilməsində problem yaşanmışdı.

 

CanTV