Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq:  backend

Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq: “Sizin ölümünüz heç nəyi dəyişməyəcək” - VİDEO


Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən işğal altında olan Ağdam rayonundakı mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qruplarına növbəti dəfə xəbərdarlıq edilib.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Videodan görünür ki, ərazidə səsgücləndirici vasitəsilə ermənilərə xəbərdarlıq edilirki, sakit şəkildə silahı yerə qoysunlar və ərazini tərk etsinlər.

Bildirilir ki, onların təslim olmaması və ölümü nəticəni dəyişməyəcək.

Sözügedən videonu təqdim edirik:


 

CanTV