Separatçıların başçısı backend

Separatçıların başçısı cəmiyyət arasına çıxmır


Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki sepratçıların başçısıAraik Arutyunyanaldığı ağır yaradan sonra ictimaiyyət arasında görünmür.

"CanTV” "news.am”a istinadən xəbər verir ki, onun bu yaxınlarda "Facebook” səhifəsindən erməni icması ilə "əlaqə saxlayacağı" bildirilib.

İddia olunub ki, guya Araik "döyüş bölgəsindədir”. Ancaq onun cəmiyyət arasında görünməməsi, hətta sosial şəbəkə vasitəsi ilə əlaqə saxlaya bilməməsi vəziyyətinin ağır olduğunu təsdiqləyir. "Facebook” səhifəsindən isə onun adından başqa birininpaylaşım edə biləcəyi mümkündür.

Qeyd edək ki, Azərbaycan ordusunun açdığı atəş nəticəsində Araik Arutyunyan gizləndiyi bunkerdə ağır yaralanıb.

 

CanTV