Bu günUEFA Avropa Liqasında 1/8 final cütləri müəyyənləşib backend

Bu günUEFA Avropa Liqasında 1/8 final cütləri müəyyənləşib - NƏTİCƏLƏR


Bu günUEFA Avropa Liqasında 1/8 final cütləri müəyyənləşib

CANTV xəbər verir ki,İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasiminə Bakı vaxtı ilə saat16:00-da başlayıb

1/8 final mərhələsinə yüksələn 15 klubun adı məlumdur. Son vəsiqənin sahibi "Ayntraxt"la "Zaltsburq" arasında təxirə salınmış cavab görüşündən sonra müəyyənləşəcək. Oyunun təxirə salınmasına pis hava şəraiti olub.

1/8 final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşib.

1/8 final cütləri:

"Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka)

"Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)

"Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya)

"Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi - "Bazel" (İsveçrə)

LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.